Türkiyə ABŞ-a şərtlərini açıqladı: “Əks halda İncirlik bazası...”
Rəsmi Ankara Vaşinqtonun qeyri-dost siyasəti səbəbindən İncirlik hərbi bazasını ABŞ üçün bağlaya bilər. Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
30 May 2018 16:34 DünyaRəsmi Ankara Vaşinqtonun qeyri-dost siyasəti səbəbindən İncirlik hərbi bazasını ABŞ üçün bağlaya bilər.
Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
Çavuşoğlu ABŞ-la münasibətləri yoluna qoymağa çalışdıqlarını bildirib: "ABŞ Menbiç məsələsi, Gülənin təhvil verilməsi və digər problemlərlə bağlı addımlar atmalıdır. Bu barədə söhbət gedən zaman xalqımız İncirlik bazalarının bağlanamsını istəyir. Bizim ixtiyarımızda digər üstünlüklərimiz də var. ABŞ bizim kimi müttəfiqini itirə bilməz. Gözləyirik ki, yanlış addımlardan geri çəkilsinlər.
Ümid tükənəndə isə Türkiyə öz gücünü göstərə bilər. Biz müstəqil ölkəyik, bu və ya digər addımlarımız öz bildiyimiz kimi atacağıq".