İrəvanda seçki qarşıdurması: Paşinyana savaş açdılar…

Keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının təzyiqlərinə baxmayaraq, baş nazir Nikol Paşinyan erkən seçkilərə hazırlaşır. Baş nazirin müavini Tiqran Avinyan nə Respublika Partiyası, nə də Sərkisyanla hesablaşmayacaqlarını bildirib.

Ermənistanda nəşr olunan "Past" qəzeti Sərkisyan və Paşinyan arasında növbədənkənar parlament seçkiləri ətrafında ciddi qarşıdurmanın baş verdiyini yazır:

"Respublika Partiyası hökumətin növbədənkənar parlament seçkilərinin qarşısını almaq üçün ciddi müqavimət göstərir. Bu müqavimət tərəfləri açıq qarşıdurma meydanına çəkir. Görünən budur ki, Sərkisyan baş nazirə qarşı açıq "müharibə" elan edib. Lakin Paşinyan Sərkisyanın partiyası ilə hesablaşmaq fikrində deyil".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31