ABŞ bu qrupun 50 komandirini məhv etdi

Əfqanıstanın cənubunda yerləşən Gilmend vilayətinə ABŞ HİMARS sistemləri vasitəsilə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı NATO-nun Əfqanıstandakı kontingentinin mətbuat katibi Martin O`Donel yayıb. Onun sözlərinə görə, zərbə nəticəsində qurultay keçirməyə hazırlaşan Talibanın minimum 50 komandiri məhv edilib.

O, bu zərbənin Taliban daxilində parçalanmalar yaradacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31