İçərisində dövlət işçiləri olan avtobus qəzaya uğradı - 7 nəfər öldü
Hindistanın cənubunda yerləşən Telinqan ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb.
30 May 2018 15:24 DünyaHindistanın cənubunda yerləşən Telinqan ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb.
İnsident Karimnaqar-Varanqal magistralında baş verib.
İlkin ehtimal olaraq bildirilir ki, yük maşını idarəetməni pozaraq avtobusla toqquşub.
Məlumata görə, avtobusda dövlət qulluqçuları olub.
Daha 15 nəfərin xəstəxanaya çatdırıldığı deyilir. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31