Generalın oğlu liseyin darvazasını dağıtdı - Foto
Bu gecə İrəvanda general-leytenant Enriko Apriamovun oğlu qəza törədib. Yol-nəqliyyat hadisəsi 01:30 radələrində baş verib.
30 May 2018 14:55 DünyaBu gecə İrəvanda general-leytenant Enriko Apriamovun oğlu qəza törədib.
Yol-nəqliyyat hadisəsi 01:30 radələrində baş verib.
32 yaşlı Georgi Apriamov qarşı yoldakı zolağı keçərək idarə etdiyi "Hyundai Sonata" avtomobilini keçmiş Monte Melkonyan liseyinin darvazasına çırpıb, beton sütuna və ağaca dəyərək dayanıb.
Ekspertiza yol-nəqliyyat hadisəsi zamanı sürücünün ayıq olduğunu müəyyən edib.
Georgi Apriamovun Ermənistan fövqəladə hallar nazirinin müavini, general-leytenant Enriko Apriamovun oğlu olduğu deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31