Kremldən İrəvana qarşı sensasion plan – Paşinyan “qırmızı xətt”i keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi gözləyir. Yeni baş nazirin sərt ritorikası və Ermənistanı “rus ayısı”nın pəncəsindən çıxarmaq səyləri İrəvanı xaosa sürükləyir. Bir neçə il əvvəl Saakaşvili Gürcüstanda inqilabla hakimiyyətə gələndə ən azı Paşinyan qədər Rusiya ilə hesablaşmayacaq müstəqil dövlət başçısı kimi görünürdü. Lakin bu həm Gürcüstanı Moskvanın təzyiq rıçaqları arasında parçaladı, həm də onu ölkənin siyasi həyatından birdəfəlik kənarlaşdırdı.

Ermənistanın Baş naziri Nikol Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi gözləyir. Yeni baş nazirin sərt ritorikası və Ermənistanı "rus ayısı"nın pəncəsindən çıxarmaq səyləri İrəvanı xaosa sürükləyir. Bir neçə il əvvəl Saakaşvili Gürcüstanda inqilabla hakimiyyətə gələndə ən azı Paşinyan qədər Rusiya ilə hesablaşmayacaq müstəqil dövlət başçısı kimi görünürdü. Lakin bu həm Gürcüstanı Moskvanın təzyiq rıçaqları arasında parçaladı, həm də onu ölkənin siyasi həyatından birdəfəlik kənarlaşdırdı.

Teleqraf.com xəbər verir ki, Ermənistan KİV-i Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandaya qarşı təzyiq vasitələrini sərtləşdirdiyindən yazır.

Erməni mənbələr Moskvanın NATO, Avropa İttifaqı və ABŞ-dan İrəvana artan diplomatik səfərləri gərginliklə izlədiyini bildirirlər. Bu səfərlər həm Rusiya, həm də Ermənistanın nüfuzlu media qurumlarında "Paşinyan Ermənistanı Rusiyanın dağıdıcı episentrindən uzaqlaşdırır", tezisi üzərində müzakirəyə çıxarılıb. Söhbət, qiyamçı siyasi komandanın ABŞ və Avropa İttifaqı dövlətlərilə gizli işbirliyindən, yaxud, Kremlin Ermənistandakı geniş siyasi dairəsini məhdudlaşdıracaq alternativləri nəzərdən keçirməsindən gedir.

Erməni mənbələrin iddiasına görə, son zamanlar Kremlin özünə yaxın siyasi institutlar və politoloqlar vasitəsilə Ermənistanı müharibə ilə hədələməsi bu baxımdan təsadüfi hesab edilmir: "Bu istiqamətdə Rusiyanın üz tutacağı əsas təzyiq vasitəsi yenə də Qarabağ məsələsidir. Son günlər rusiyalı politoloqlar və hərbi ekspertlər "Azərbaycan Ermənistanı milçək kimi əzəcəyi" barədə tez-tez danışırlar. Ekspertlərin bu hədələyici fikirlərinin Kremlin masasında hazırlanmış tezis olduğuna şübhə yoxdur".

Erməni ekspertlər və media qurumları Qərb və İrəvan arasında sıxlaşan təmaslara qarşı Rusiyanın ata biləcəyi potensial addımın da məlum olduğunu iddia edirlər:

"Rusiya Qərbin siyasi institutlarının İrəvana axınını əl-qolunu sallaya-sallaya izləməyəcək. Əlbəttə, könlü balıq istəyənin quyruğu suda olmalıdır. Nikol Paşinyan və komandası Moskvanın gözlənilməz hücumuna hazır olmalıdır. Nəzərə alsaq ki, Ermənistan Silahlı Qüvvələrinin "başbilənləri" arasında Moskvanın kifayət qədər adamı var, buna görə də cəbhə xəttində Azərbaycana qarşı növbəti məqsədyönlü həmlənin ediləcəyinə də şübhə olmamalıdır. Belə bir cəhdə isə əsəbləri tarım çəkilmiş Azərbaycan ordusunun hansı cavabla çıxacağı məlum deyil.

Paşinyan aprel döyüşlərinə oxşayacaq növbəti qarşıdurmaya hazır ola bilər. Lakin bu, əvvəlki döyüşlərdən fərqli olaraq, Moskvada hazırlanmış siyasi təxribat planı ola bilər ki, burada əsas hədəf Nikol Paşinyan və komandasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31