İŞİD hücuma keçdi: Şiddətli döyüşlər gedir

İŞİD terror təşkilatı dünən gecə Suriyanın Homs əyalətinə genişmiqyaslı hücuma başlayıb. Bu barədə “Əl-Masdar Nyus” məlumat yayıb.

İŞİD terror təşkilatı dünən gecə Suriyanın Homs əyalətinə genişmiqyaslı hücuma başlayıb.

Bu barədə "Əl-Masdar Nyus" məlumat yayıb.

Terrorçuların Badiya rayonunda hökumətin qüvvələrinin blokadasını yararaq, Palmira istiqamətində irəliləmək istədiyi vurğulanır.

Hazırda güclü döyüşlərin getdiyi bildirilir. Hansı bir tərəfin üstünlük əldə etdiyi barədə məlumat yoxdur.

Qeyd edək ki, İŞİD 2015-ci ildə Palmira şəhərinin ələ keçirib. 2016-cı ilin martında Rusiya aviasiyasının dəstəyi ilə şəhər geri qaytarılsa da, dekabra terrorçular yenidən Palmiranı tutub. 2017-ci ilin martında isə Rusiya Prezidenti Vladimir Putinə məruzəsində Müdafiə naziri Sergey Soyqu şəhərin azad edildiyini bildirib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31