Parisdə leysan yağışlar nəticəsində metro və küçələri su basıb - VİDEO
30 May 2018 14:44 DünyaParisdə leysan yağışlara görə küçələri və bir neçə metro stansiyasını su basıb.
Yerli KİV qatarların 11 və 7-ci xətlərdə yerləşən Jurden və Kremlen-Bisetr stansiyalarında dayanmadan hərəkət etdiyini yazıb. Bundan baqşa, Paris Metropoliteninin 1-ci xəttinin işi də dayandırılıb və hələ bərpa olunmayıb.
Əlverişsiz hava şəraiti səbəbi ilə yerli hökumət orqanlarının nümayəndələri Parisin cənub-qərbində yerləşən Şatne-Malabri kommunasındakı binadan 450 nəfəri təxliyyə etmək məcburiyyətində qalıb.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31