“TRT-ni satacağıq” – Meral Akşener

24 iyun seçkiləri öncəsi İYİ Partiyasının platformasını açıqlayan partiya sədri Meral Akşener qalib gələcəyi halda TRT-ni satacaqlarını bildirib.

24 iyun seçkiləri öncəsi İYİ Partiyasının platformasını açıqlayan partiya sədri Meral Akşener qalib gələcəyi halda TRT-ni satacaqlarını bildirib.

İYİ Partiyasının rəhbəri açıqladığı platformanın dörd başlıqdan ibarət olduğunu deyib. O bildirib ki, seçildikləri təqdirdə onun görəcəyi əsas işlərdən biri iki ildir ölkəsində davam edən fövqəladə vəziyyət rejimini aradan qaldırmaq olacaq:

"Parlament sisteminə geri dönmək, yeni konstitusiya üçün hazırlaşmaq da bizim əsas məqsədlərimizdən olacaq. Dövlətin maliyyə ayırdığı bütün media qurumlarını, o cümlədən TRT-ni satacağıq. Dövlət üzərində hüququn aliliyini təmin etmək bizim əsas məqsədimizdir".

Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31