“Mən pəncərələri yuyanda yıxılmışam” yazıb özünü pəncərədən atdı

Moskvada qəribə intihar hadisəsi baş verib.

17-ci mərtəbədəki mənzildən yıxılmış 70 yaşlı Tatyana Mixaylovna adlı qadın hadisə yerində dünyasını dəyişib.

Maraqlı odur ki. qadının yaşadığı evdə masanın üstündən ölümqabağı yazılmış qeyd tapılıb. Həmin qeyddə qadın yazır ki, onun ölümü bədbəxt hadisədir və intihar deyil, pəncərələri yuyarkən yıxılıb.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar. Mənbə qeyd edir ki, bu qeydi yazmaqda qadının məqsədi bütün kilsə qaydalarına müvafiq dəfn də ola bilərdi, belə ki, intihar etmiş xristianlar bu cür qaydalara müvafiq dəfn edilmir.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31