Türkiyənin ABŞ-dan çağırılan səfiri bu həftə geri qayıda bilər

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bu həftə ərzində Vaşinqtona qayıda bilər.

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bu həftə ərzində Vaşinqtona qayıda bilər.

Bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə ABŞ-dakı səfirini geri çağırmayıb, yalnız məsləhətləşmələr üçün Ankaraya dəvət edib.

Qeyd edək ki, mayın 14-də Türkiyə Qəzza hadisələri ilə əlaqədar Vaşinqtondakı və Təl-Əvivdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırmışdı.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31