Hindistan və Rusiya arasında 6 milyardlıq “S-400” müqaviləsi
Hindistan və Rusiya arasında rus istehsalı “S-400” hava hücumundan müdafiə sistemi üzrə danışıqlar başa çatıb.
30 May 2018 12:36 DünyaHindistan və Rusiya arasında rus istehsalı "S-400" hava hücumundan müdafiə sistemi üzrə danışıqlar başa çatıb.
Bu barədə Hindistanın Hərbi Hava Qüvvələri "The Economics Times" nəşrinə məlumat verib.
Məlumata əsasən, Moskva Hindistana 6 milyard dollarlıq "S-400" raketləri təslim edəcək. Məqalədə qeyd edilir ki, tərəflər ABŞ sanksiyalarına məhəl qoymadan belə bir addım atıblar.
Qeyd edilir ki, müqavilənin imzalanması barədə rəsmi açıqlama Rusiya prezidenti Vladimir Putinin Hindistanın baş naziri Narendra Modi ilə oktyabra planlaşdırılan görüşündən əvvəl verilə bilər.
"Ölkə.Az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31