"Putin uşaq qatilləri ilə müttəfiqdir" – Prezident sərt danışdı
"Hamı bu müttəfiqlərin kim olması haqqında danışır. Rusiyanın müttəfiqi kimdir?" Bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
30 May 2018 12:15 Dünya"Hamı bu müttəfiqlərin kim olması haqqında danışır. Rusiyanın müttəfiqi kimdir?"
Bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
Prezident Rusiyanın uşaqları qətlə yetirən qaniçən rejimlərlə müttəfiq olduğunu bildirib:
"Bu gün Rusiyanın müttəfiqi uşaqları kimyəvi silahlarla qətlə yetirməklə tanınan Bəşər Əsəddir".
Qeyd edək ki, mayın 29-da Suriya Prezidenti Bəşər Əsəd Gürücstanın Abxaziya və Cənubi Osetiya bölgələrindəki separatçı rejimləri müstəqil dövlətlər kimi tanıdığını açıqlayıb. Buna cavab olaraq, rəsmi Tiflis Suriya ilə diplomatik əlaqələri kəsəcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31