Yerevanda tələbələr etiraz etdilər, rektor xəstəxanalıq oldu
Ötən gün tələbələrin istefa tələbindən sonra Yerevan Dövlət Universitetinin rektoru gecə saatlarında xəstəxanaya yerləşdirilib.
30 May 2018 10:48 DünyaÖtən gün tələbələrin istefa tələbindən sonra Yerevan Dövlət Universitetinin rektoru gecə saatlarında xəstəxanaya yerləşdirilib.
Tələbələr təhsilin aşağı səviyyədə olması, akademik azadlığın olmaması, idarəetmədəki qeyri-şəffaflıqdan şikayətçi olublar.
Tələbələr 10 dəqiqəyə yaxın rektoru universitetin zalında blokadada saxladıqdan sonra onunla görüşə nail olublar. Lakin görüş nəticəsiz qalıb. Rektor Aram Simonyan etirazçıların konstruktiv dialoqa hazır olmadıqlarını bəyan edib.
Eyni zamanda, Simonyan tələbələri güc tətbiq etməkdə ittiham edib və güzəştə getməyəcəyini vurğulayıb.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31