Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. APA-nın Tehran bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31