Hava limanlarında yenilik: sizi yerişinizdən tanıyacaqlar

Gələcəkdə hava limanlarında təhlükəsizlik üçün yeriş tərzindən istifadə ediləcək.

Gələcəkdə hava limanlarında təhlükəsizlik üçün yeriş tərzindən istifadə ediləcək.

Qaynarinfo xəbər verir ki, tədqiqatlar insanları yerişindən müəyyənləşdirmənin 99,3% halda uğurla nəticələndiyini göstərir. Yeriş vasitəsilə şəxsiyyəti müəyyənləşdirmək "X-ray" cihazı, göz və barmaq izi metodları kimi müdaxiləsiz həyata keçirilir. 

İngilis və ispan mütəxəssislərin ortaq tədqiqatı nəticəsində yeriş ilə xarakter analizi aparan süni intellekt sistemi yaradılıb. Sistem 127 fərqli şəxsdən 20 min addım növünü yaddaşa yazıb. 

Mançester Universiteninin professoru Omar Kastilla Reyesbildirir ki, hər insan yeriyərkən 24 fərqli vəziyyətdə 24 fərqli hərəkətə sahibdir və barmaq izi, göz kimi hərəkətlər vasitəsilə də insanın şəxsiyyətini müəyyənləşdirmək mümkündür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31