Rusiya Olimpiya Komitəsinə yeni prezident seçilib

Rusiya Olimpiya Komitəsinə (OKR) yeni prezident seçilib.

Rusiya Olimpiya Komitəsinə (OKR) yeni prezident seçilib.

Bu, qılıncoynatma üzrə 4 qat olimpiya çempionu Stanislav Pozdnyakovdur. Pozdnyakov səslərin 214-ünü (78,7 faiz) qazanıb. O, üzgüçülük üzrə 4 qat olimpiya çempionu Aleksandr Popovu üstələyib. Popov 56 səs (20,6 faiz) səs toplayıb.

44 yaşlı Pozdnyakov 2016-cı ildən OKR-in I vitse-prezidenti idi. O, qurumun prezidenti postunda növbəti 4 il müddətində çalışacaq.

Qeyd edək ki, Stanislav Pozdnyakov həm də qılıncoynatmanın sablya növü üzrə 10 qat dünya, 13 qat Avropa çempionu, Dünya Kubokunun 5 qat qalibi, SSRİ və Rusiyanın əməkdar idman ustasıdır. O, idmançı karyerasını başa vurduqdan sonra Rusiya Qılıncoynatma Federasiyasında məşqçi və funksioner kimi çalışıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31