Bal ayını ən darıxdırıcı yerdə keçirəcəklər
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl bal ayını Namibiyada keçirməyi planlaşdırırdı. Cütlük vəhşi təbiət qoynunda onlar üçün xüsusi ayrılan apartmentdə qalmağı planlaşdırırdı. Bu günlərdə isə Harri və xanımının bal ayı ilə bağlı dəyişiklik etdiyi ortaya çıxıb.
29 May 2018 18:22 DünyaŞahzadə Harri və həyat yoldaşı Meqan Markl bal ayını Namibiyada keçirməyi planlaşdırırdı.
Cütlük vəhşi təbiət qoynunda onlar üçün xüsusi ayrılan apartmentdə qalmağı planlaşdırırdı. Bu günlərdə isə Harri və xanımının bal ayı ilə bağlı dəyişiklik etdiyi ortaya çıxıb.
Cütlük Kanadaya getməyi planlaşdırır. Onlar "Fairmont Jasper Park Lodge"də dincəlmək qərarına gəliblər. Onların seçimi isə hər kəsi təəccübləndirib. Belə ki, sözügedən otel dünyanın ən darıxdırıcı məkanı siyahısına daxildir.
Burada yeni evlənənlər üçün 6 yataq, qonaq otağından ibarət yer hazırlanıb. Bu evdə 2005-ci ildə II Yelizaveta və şahzadə Filip, 1939-cu ildə isə kral Qeorq VI və şahzadə Yelizaveta I qalıb.
Axşam.az