Yunanıstanda pilotların tətili Rusiyaya da təsir etdi
Yunanıstanda aviadispetçerlər mayın 30-da 3 saatlıq tətil keçirəcək.
29 May 2018 17:58 DünyaYunanıstanda aviadispetçerlər mayın 30-da 3 saatlıq tətil keçirəcək.
Trend-in məlumatına görə, tətil hökumətin sosial siyasətinə etiraz olaraq keçirilir, iştirakçılar əmək haqlarının və pensiyaların artırılmasını tələb edir.
Tətillə əlaqədar olaraq, Rusiyanın "Aeroflot" şirkəti Afinaya 30 may tarixinə uçuş cədvəlini dəyişib. Qeyd olunur ki, həmin reyslər daha gec saatda həyata keçiriləcək.
Yunanıstanda keçirilən tətilə digər peşə sahibləri də qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31