Liberman: "Qəzzada tuneli bombaladıq"
İsrail ordusu Qəzza sektorunu bombardman edib.
29 May 2018 17:50 Dünyaİsrail ordusu Qəzza sektorunu bombardman edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman özünün "Twitter" səhifəsində yazıb.
İsrailli nazir qeyd edib ki, əsasən radikalların əlində olan tunel güclü bombardmana məruz qalıb.
A.Liberman yazıb: "Bu gün gündüz saatlarında terrorçuların infrastrukturlarına və Qəzzada onların əlində olan tunelə genişmiqyaslı zərbələr endirdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31