Media maqnatı dünyasını dəyişdi: 27 milyard sərvəti var idi

Fransalı biznesmen, siyasətçi, media maqnatı Serj Dasoult 93 yaşında dünyasını dəyişib.

Fransalı biznesmen, siyasətçi, media maqnatı Serj Dasoult 93 yaşında dünyasını dəyişib.

Məşhur "Le Figaro" qəzetinin sahibi olan Serjin sərvəti 26-27 milyard dollar dəyərində idi. "Corbeil-Essonne" ərazisində senator vəzifəsində çalışmış Serj aviasiya, silah zavodlarına sahib idi.

Ürək tutmasından vəfat edən Serj Dasoult fevral ayında vergidən yayınma ilə ittiham edilmiş, 2 milyon dollar pul və səsvermə hüququndan 5 illik məhrumetmə cəzası almışdı.

Tia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31