Ərdoğan və Putinin Suriya anlaşması – “Anadolu” açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
29 May 2018 15:46 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Tərəflər dialoq zamanı qeyd ediblər ki, BMT-nin himayəsi altında sülh prosesinin irəliləməsi üçün Əsəd rejimi və müxalifət konstruktiv yanaşmaya riayət etməlidirlər.
İki ölkə liderləri bir daha Suriyanın ərazi bütövlüyünə sadiq qaldıqlarını vurğulayıb.
Ərdoğan Suriyada PYD/YPG təsiri altında olan terrorçu qrupların siyasi keçid prosesində iştirak edə bilməyəcəklərini bildirib.
Prezidentlər Suriyadakı vəziyyətlə yanaşı, enerji sahəsində Rusiya və Türkiyənin iqtisadi əlaqələrini də müzakirə ediblər.