Təkamül nəzəriyyəsi haqqında sensasiyalı kəşf

Rokfeller və Bazel universitetilərinin alimləri indi mövcud olan bütün heyvan növlərinin genetik yaşının təxminən eyni olduğu qənaətinə gəliblər. Bu isə təkamül barədə geniş yayılmış təsəvvürə ziddir.

Bu barədə "Phys.Org" nəşrində yayımlanan məqalədə deyilir.

Alimlər DNT ştirx-kodlarının ardıcıllığını analiz ediblər. Bu, orqanizm və onun mənsub olduğu müəyyən qrupun identifikasiyası metodudur.

Araşdırmaların nəticəlrinə əsasən, Yer üzərindəki növlər yekun olaraq eyni bir dövrdə formalaşıb. Buradan belə anlaşılır ki, genetik müxtəliflik populyasiyasının ölçüsündən deyil, yalnız yaşından asılıdır.

Növlərinin genetik müxtəlifliyinin azalmasının səbəblərindən biri Yer üzərində meteroidin düşməsi nəticəsində baş verən faicədir.

Alimlər hesab edirlər ki, növlər məhv olmadan, yaxud yeni başlanğıc vermədən öncə yalnız məhdud müddətdə mövcud ola bilər.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31