ABŞ Rusiyanı necə çökdürür? – Kreml açıqladı
Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin rəhbəri Georgi Borisenko ABŞ-ın 2011-ci ildən bu yana 245 Rusiya vətəndaşı və 439 şirkətinə sanksiya tətbiq etdiyini açıqlayıb.
29 May 2018 14:44 DünyaRusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin rəhbəri Georgi Borisenko ABŞ-ın 2011-ci ildən bu yana 245 Rusiya vətəndaşı və 439 şirkətinə sanksiya tətbiq etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, diplomat son 7 ildə ABŞ-dan Rusiyaya 52 dəfə sanksiya tətbiq edildiyini bildirib.
Rusiya ABŞ-ın terror təşkilatlarını maliyyələşdirən ölkələr siyahısında İrandan sonra ən çox sanksiya tətbiq edilən ikinci dövlətdir.
Rusiyanın enerji, maliyyə, inşaat və müdafiə sənayesi kimi bir çox sektorlarında fəaliyyət göstərən "Rosneft", "VTB Bank", "Gazprom", "Sberbank" və "Novatek" kimi nəhəng şirkətləri, həmçinin digər qurumları da ABŞ-ın sanksiya siyahısına salınıb.
Siyahıda adları olan yüksək rütbəli diplomatlar, iş adamları və dövlət rəsmiləri Ukraynanın şərq bölgələrindəki (Donbas və Krım) silahlı separatçıları dəstəkləməkdə ittiham edilirlər.
ABŞ-ın kiber hücumlar və seçkilərə müdaxilə çərçivəsində hazırladığı sanksiya siyahısında Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Bürosu, bu qurumların yüksək vəzifəli şəxslərinin və Prezident Vladimir Putinə yaxın oliqarxların adları yer alır.