Almaniyalı diplomatdan sərt çıxış: "Ərdoğanla foto çəkdirən alman ola bilməz"

Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərədə görüşən türk əsilli alman futbolçu Mesut Özil Almaniyada linç edilib.

Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərədə görüşən türk əsilli alman futbolçu Mesut Özil Almaniyada linç edilib.

Almaniyanın radikal sağ partiyası AFD-nin idarə heyətinin üzvü Beatriks Von Storç Almaniya millisinin futbolçusunu "uğursuz bir adaptasiyanın modeli" adlandırıb.

Storç bildirib ki, Rəcəb Tayyib Ərdoğanla foto çəkdirən bir adam alman ola bilməz:

"Özilin Almaniya pasoportu var. Amma o alman deyil. Milli marşı oxumayab və Ərdoğan ilə foto çəkdirən alman ola bilməz. O, uğursuz bir uyğunlaşma prosesinin rol modelidir".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri zamanə İngiltərə Premyer Liqasında oynayan Mesut Özil, Cenk Tosun və İlkay Gündoğanla görüşmüş, bu görüş Avropa mediasında geniş müzakirə olunmuşdu.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31