Suriya separatçıların müstəqilliyini tanıdı

Suriya Abxaziyanın müstəqilliyini tanıdı. Bu haqda Abxaziyanın “Xarici İşlər Nazirliyi”ndən bildiriblər.

Suriya Abxaziyanın müstəqilliyini tanıdı.

Bu haqda Abxaziyanın "Xarici İşlər Nazirliyi"ndən bildiriblər.

Xatırladaq ki, keçmiş Sovetlər Birliyi dağılandan az sonra Cənubi Osetiya Abxaziya ilə birgə Gürcüstandan ayrılaraq müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiyanı geri almaq üçün başlatdığı hərbi müdaxilə Rusiya ilə Gürcüstan arasında beşgünlük müharibəyə səbəb olub.

Müharibədən qalib ayrılan Rusiya dərhal sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını açıqlayıb. Ancaq rəsmi Moskvanın bu qərarı beynəlxalq birlik tərəfindən dəstəklənməyib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31