80 yaşlı nənə və cüdo
29 May 2018 13:32 DünyaTürkiyənin Adana şəhərində yaşayan 80 yaşlı Aytən Alataş cüdo ilə məşğul olmaq qərarına gəlib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, nəvəsini cüdoya gətirərkən "Bunu mən də edə bilərəmmi?" deyib və o gündən davamlı olaraq idmanla məşğuldu.
Aytən Alataş bildirib ki, cüdo onun sağlamlığına çox yaxşı təsir göstərib. O, ölkənin İdman və Gənclər Nazirliyinə təşəkkür edərək, hər kəsi idmanla məşğul olmağa səsləyib.
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31