Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Ermənistandan qaçıb
29 May 2018 13:14 DünyaErmənistan Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Vardan Arutyunyan istintaqdan yayınaraq müalicə adı ilə İspaniyaya qaçıb.
O, müalicə aldıqdan sonra Ermənistana qayıdacağını bildirib.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti "Norfolk" şirkətinin fəaliyyəti ilə bağlı bir sıra faktlar aşkarlayıb. Bi şirkətin faktiki sahibi isə Vardan Arutyunyan sayılır. Buna görə o, Milli Təhlükısizlik Xidmətinin apardığı istintaqına cəlb edilməlidir.
Yerli mətbuat yazıb ki, V.Arutyunyan istintaqdan yayınmaq üçün səhəttində problem yarandığını bəhanə edərək ölkədən qaçıb.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31