Rusiya və Qazaxıstan müqavilə bağladı - Mi-35 hərbi vertolyotları ilə bağlı
Rusiya və Qazaxıstan Mi-35 hərbi vertolyotlarının tədarükü ilə bağlı müqavilə bağlayıb.
29 May 2018 12:52 DünyaRusiya və Qazaxıstan Mi-35 hərbi vertolyotlarının tədarükü ilə bağlı müqavilə bağlayıb.
Bu barədə xəbəri Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin mətbuat katibliyindən təsdiqləyilər.
Bildirilib ki, bağlanmış müqaviləyə əsasən, 4 ədəd Mi-35 hərbi vertolyotu Qazaxıstana tədarük ediləcək.
Qeyd edək ki, daha öncə Qazaxıstan Müdafiə Nazirliyi Rusiyadan 2 ədəd Su-30SM və 4 ədəd Mi-35М vertolyotunun alınması barədə qərar verib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31