Paşinyan blef edir
İşğalçı ölkənin baş naziri özünü xalqa daha yaxın biri kimi göstərməyə çalışır Ermənistanda Sərkisyandan sonra formalaşan yeni hökumət, hakimiyyət komandası özünü xalqa daha yaxın hiss etdirmək, xalqın hakimiyyəti olduğu görüntüsü yaratmaq üçün müxtəlif bleflər, gedişlər edir. Ali təhsili olmamasına baxmayaraq siyasətdə Sərkisyan kimi bir diktatoru məğlub etməyi bacaran inqilabçı Nikol Paşinyan indi xalq arasında olan-qalan nüfuzunun qısa zaman ərzində itəcəyi əndişəsindən irəli gələrək müxtəlif oyunlar qurur, manevrlər edir.
29 May 2018 12:07 Dünyaİşğalçı ölkənin baş naziri özünü xalqa daha yaxın biri kimi göstərməyə çalışır
Ermənistanda Sərkisyandan sonra formalaşan yeni hökumət, hakimiyyət komandası özünü xalqa daha yaxın hiss etdirmək, xalqın hakimiyyəti olduğu görüntüsü yaratmaq üçün müxtəlif bleflər, gedişlər edir. Ali təhsili olmamasına baxmayaraq siyasətdə Sərkisyan kimi bir diktatoru məğlub etməyi bacaran inqilabçı Nikol Paşinyan indi xalq arasında olan-qalan nüfuzunun qısa zaman ərzində itəcəyi əndişəsindən irəli gələrək müxtəlif oyunlar qurur, manevrlər edir. Onun baş nazir kimi ilk səfərini işğal altında olan Dağlıq Qarabağa etməsi, oradan Azərbaycanın ünvanına təhdid və aşağılayıcı fikirlər səsləndirməsi, gah Qərb, gah da Rusiya ilə bağlı müəyyən açıqlamalar verməsi, eləcə də siyasi və iqtisadi islahatlar vədi məhz özünü sığortalamaq cəhdindən başqa bir şey deyil. Qeyd etdiyimiz kimi Paşinyan özünü xalqa daha yaxın olduğu görüntüsü formalaşdırmağa çalışır. Elə bu günlərdə işğalçı ölkənin yeni baş nazirinin övladının hərbi xidmətə getməsi barədə dövriyyəyə buraxılan informasiyalar da məhz bu məqsədə xidmət edir. Belə ki, erməni kütləvi informasiya vasitələrində, eləcə də Rusiyanın ermənilərə xüsusi rəğbəti olan media qurum və quruluşlarında Ermənistanın yeni baş naziri Nikol Paşinyanın oğlunun hərbi xidmətə yollanması barədə məlumatlar əksini tapıb. Yayılan xəbərlərdə diqqət çəkən məqam Nikol Paşinyanın öz övladını hərbi xidmətə işğal altında olan Dağlıq Qarabağa göndərməsi ilə bağlıdır. Qeyd etdiyimiz kimi belə bir xəbərin dövriyyəyə buraxılması iki əsas məqsədə xidmət edir. Birincisi, özünü xalqa daha yaxın göstərmək və xalqın adamı obrazını yaratmaq, ikincisi Dağlıq Qarabağ məsələsinin onun üçün prioritet olduğu qənaəti formalaşdırmaq və Qarabağdan vaz keçməyəcəyini isbatlamaq.
Qeyd etdiyimiz kimi Nikol Paşinyanın bu aralar yaratdığı şou daha çox Rusiya mediasının gündəmini zəbt edir. Hətta bəzi Rusiya media qurum və quruluşları Paşinyanə erməni xalqının xilaskarı kimi də qələmə verirlər.
Millət vəkili Sahib Alıyev də deyir ki, Rusiyanın demək olar ki, bütün informasiya agentlikləri Ermənistanın yeni baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın gedib Qarabağd əsgərlik edəcəyi haqda xəbər yayıblar: "Bizim də bəzi saytlar bu xəbəri veriblər və Nikolun oğlunun yerinə adı Aşot, soyadı Paşınyan olan, İsveçdə yaşayan moldovalı bir gəncin şəklini yerləşdiriblər. Sözüm onda deyil. Hərbi kəşfiyyatçılarımız, nişançılarımız əsl Aşot Paşinyanın necə göründüyünü və onunla nə etmək lazım gəldiyini hər halda yaxşı bilirlər. Paşinyanın oğlunu Qarabağa hərbi xidmətə göndərmək məsələsinə gəldikdə, bu populistlikdir və sırf təbliğata hesablanıb. Çünki əgər məqsəd Ermənistanın baş nazirinin oğlunun Dağlıq Qarabağda əsgərlik etməsi olsaydı, ən azından təhlükəsizliyi üçün onu səs-küyə salmağa ehtiyac duyulmazdı, ancaq əsgərlik bitəndən sonra bu açıqlanardı. Burada spryukdan tutmuş, bizim bəzi vətənşüvənlərədək kimin necə reaksiya verəcəyi nəzərə alınıb. Ən əsası isə Paşinyan bununla göstərmək istəyir ki, o, Dağlıq Qarabağa əslən buradan olan və Sərkisyan qarışıq hakimiyyətdən uzaqlaşdırılan haylardan daha çox bağlıdır. Eyni zamanda birgə çağırışlarından da göründüyü kimi paşinyanlar belədə hərbi xidmətdən yayınan gənc hayların da qayıdıb əsgərliyə gedəcəklərini düşünürlər. Ola bilər ki, səslərinə 2-3 nəfər səs verən oldu, artıq yox. Çünki, həmin haylar əsgərlikdən Ermənistana Sərkisyan rəhbərlik etdiyi üçün deyil, gəlib Qarabağda məhv olmamaq üçün qaçıblar, yenə qaçacaqlar. Həm də cəbhədə nə qədər çox hay məhv edilsə, aralarında hərbi xidmətdən yayınanların sayı da bir o qədər artacaq". Millət vəkili deyib ki, Paşinyanla oğlunun niyə məhz Qarabağda əsgərlikdən dəm vurduqları və forpoststanla Rusiyanın informasiya agentliklərinin olaya niyə belə diqqət yetirdikləri də aydındır: "Ancaq mən sual edirəm, bir halda Ermənistanın baş naziri öz oğlunun əlinə silah verib işğal altındakı Azərbaycan torpaqlarına göndərirsə, həmsədr dövlətlər hansı haqla bizə deyirlər ki, Dağlıq Qarabağ məsələsi ancaq sülh yoluyla həll edilə bilər? Paşınyan öz dığasının əlinə silah verib bizim torpaqlara sülh üçün göndərir?. Azərbaycan torpağındakı hər bir əli silahlı hay məhv edilməlidir, məhv ediləcəkdir".
Süleyman