Türkiyə beşinci nəsil TF-X qırıcıları istehsal edəcək

Türkiyə beşinci nəsil TF-X qırıcılarının istehsalına başlayacaq.

Bu barədə Türkiyə hərbi dairələrindəki mənbədən xəbər sızıb.

Bildirilir ki, beşinci nəsil TF-X qırıcılarının istehsalına 2023-cü ildə başlanması planlaşdırılıb.

Məlumata görə, bu qırıcıların istehsalına başlamaqla Türkiyə tədricən F-4 və F-16 təyyarələrindən imtina edəcək.

Qeyd edək ki, son ilər ərzində Türkiyə müdafiə sənayesi sahəsinə 35 milyard dolar vəsait yatırıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31