Benzinin qiyməti qalxdı
29 May 2018 11:36 DünyaRusiyada benzinin qiyməti gözlənilmədən qalxıb.Yenicag.az-ın məlumatına görə, 21-27 may tarixlərində yanacağın qiyməti sürətlə artmağa başlayıb.Aİ-92 markalı benzin 76 qəpik artaraq bir litri 40,76 rubl olub, Aİ-95 isə 79 qəpik artaraq hər bir litrinə görə 43,6 rubl təşkil edir.Həmçinin dizel yanacağı da 79 qəpik bahalaşıb.Həftəsonu isə paytaxt Moskvada bahalaşma yenidən özünü göstərib. Belə ki, benzinin qiymətində 88-90 qəpik artım qeydə alınıb.Hökumət iyulun 1-ə qədər qiymətləri nizamlayacağına söz verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31