Tramp səfirliyi Qüdsə köçürmək üçün pul ödəyib

Tramp administrasiyası İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün Baş nazir Benyamin Netanyahunun köməkçilərindən birinin hüquq firmasına 150 min dollar pul ödəyib.

Tramp administrasiyası İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün Baş nazir Benyamin Netanyahunun köməkçilərindən birinin hüquq firmasına 150 min dollar pul ödəyib.

Bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

Sözügedən hüquq firmasının ortaqlarından olan Şimronun Netanyahunun qohumu və ailəsinin vəkili, digər ortağı Molhonun isə Şimronun qaynı olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin dekabın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmişdi. Bu ilin mayın 14-də ABŞ-ın Qüdsdə səfirliyinin rəsmi açılış mərasimi baş tutmuşdu.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31