Ermənistan ordusunun hərbçisi yol qəzasında ölüb
Ermənistan ordusunun 28 yaşlı hərbçisi Narek Çaqaryan Qeqarkunik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
29 May 2018 10:46 DünyaErmənistan ordusunun 28 yaşlı hərbçisi Narek Çaqaryan Qeqarkunik vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Qəza mayın 29-da gecə saatlarında qeydə alınıb.
Narek Çaqaryan avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə qəza baş verib. Avtomobil yola tökülən torpaq təpəciklərinə çarpılaraq, aşıb. Hərbçi hadisə yerində ölüb.
N.Çaqaryanın meyiti Ermənistaan Müdafiə Nazirliyinin hərbi polisinə təhvil verilib. O, yeli hərbi hissələrdən birində müqavilə əsasında hərbi xidmət edirmiş.
Qeqarkunik Vilayəti İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31