Gürcüstanda restoranda kütləvi zəhərlənmə olub

Tbilisi yaxınlığındakı Nataxtari qəsəbəsində biri yeniyetmə olmaqla 9 nəfər kəskin zəhərlənmə diaqnozu ilə Gürcüstan paytaxındakı yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Tbilisi yaxınlığındakı Nataxtari qəsəbəsində biri yeniyetmə olmaqla 9 nəfər kəskin zəhərlənmə diaqnozu ilə Gürcüstan paytaxındakı yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Onlar restoranda zəhərləniblər.

Zəhərlənənlərin hamısında eyni simptom müşahidə edilib. Onlar həkim müşayiəti altındadırlar.

Restoran zəhərlənmə faktını inkar etsə də, Ərzaq Təhlükəsizliyi Xidməti restoranda növbədənkənar yoxlama aparacağını açıqlayıb. 

Sputnik

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31