Məhəmməd Salahın bərpa müddəti 3 həftə çəkəcək

İngiltərənin "Liverpul" klubunun və Misir yığma komandasının yarımmüdafiəçisi Məhəmməd Salah Çempionlar Liqasının finalında "Real"a qarşı oyunda aldığı zədəyə görə 3 həftə müddətinə sıradan çıxıb."Report" xəbər verir ki, tibbi müayinə zamanı futbolçuya kürək nahiyəsində bağların qırılması diaqnozu qoyulub.Onun müalicəsi 3 həftə çəkəcək. Belə olan halda, Salah Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edə biləcək. Onun qrup mərhələsində Uruqvaya qarşı keçiriləcək ilk oyunu buraxacağı gözlənilir.Futbol üzrə Dünya çempionatı iyun ayının 14-də Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31