Səudiyyə Ərəbistanından Türkiyəyə xəyanət - Gizli görüş
29 May 2018 06:48 DünyaSəudiyyə Ərəbistanı Suriyanın şimalında SDQ (Suriya Demokratik Qüvvələri) adı ilə fəaliyyət göstərən YPG/PKK ilə əlbir olan ərəb qruplaşmalarına dəstək verir.
Axar.az xəbər verir ki, bunun üçün səudiyyəli 3 hərbiçinin Ayn əl-Ərəb mahalına gedərək ABŞ hərbi bazasında PKK-çı terrorçularla gizli görüşdüyü bildirilir. Qruplaşmaya üzv olanlara 200 dollar maaş vəd edən səudiyyəlilər könüllü toplamaq üçün Hasəkə və Qamışlıda nəzarət məntəqələri yaradıb.
Səudiyyə Ərəbistanının dəstəklədiyi yeni ərəb qruplaşmasının YPG/PKK-nın elan etdiyi qondarma Şimali Suriya Federasiyasının tərkib hissəsi olacağı gözlənilir.
Qeyd edək ki, PKK terror təşkilatı 2016-cı ilin martın 17-də işğal etdiyi bölgələrdə federasiya qurduğunu elan etmişdi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31