MOSSAD-la məxfi görüş: İran təslim oldu

İran və İsrail rəsmiləri arasında İordaniyanın paytaxtı Əmmanda gizli görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Səudiyyə Ərəbistanının "İlaf" qəzeti yayıb. Qəzet görüşün İranın İordaniyadakı səfiri Müctəba Firdovsi Bur və İran kəşfiyyatının nümayəndələri ilə İsrail Xarici Kəşfiyyat İdarəsi olan MOSSAD-ın sədr müavini arasında baş tutduğunu bildirib. Görüşün iordaniyalı vasitəçinin yardımıyla baş tutduğu açıqlanıb.

Tərəflər arasında görüş zamanı əldə olunan razılaşmaya əsasən, Tehran Suriyanın cənub-qərbində heç bir qarşıdurmaya qatılmayacaq. İran tərəfi bu bölgədə müxaliflərlə Əsəd qüvvələri arasında baş tuta biləcək döyüşlərdə Dəməşqə dəstək verməyəcəyini də bildirib.

Qəzet görüşdən Rusiyanın da xəbərdar olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31