Rusiyada həyəcan siqnalı: 130 min insan...

Rusiyanın müxtəlif bölgələrində son 2 ayda 130 min nəfəri gənə dişləyib.

Axar.az xəbər verir ki, gənənin hücumuna məruz qalanlardan 36 mini uşaq olub. Məsələ ilə bağlı açıqlama yayan Rusiya Səhiyyə Nazirliyi problemin həlli istiqamətində ciddi tədbirlər gördüyünü bildirib.

Qeyd edək ki, Rusiyanın Volqoqrad, Sankt-Peterburq, Kemerovo və digər şəhərlərində gənələrin hücumunun geniş yayıldığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31