ABŞ-ın dəhlizini darmadağın etdik – Türkiyə

ABŞ-ın PKK-çılarla bir qurmaq istədiyi dəhlizi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə darmadağın etdik. Bu sözləri Türkiyə hökumətinin sözçüsü və Baş nazirin müavini Mahir Ünal deyib.

ABŞ-ın PKK-çılarla bir qurmaq istədiyi dəhlizi "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları ilə darmadağın etdik.

Bu sözləri Türkiyə hökumətinin sözçüsü və Baş nazirin müavini Mahir Ünal deyib.

"15 iyulda cənub sərhədlərimizdə terror dəhlizi yaradıb Türkiyəni məngənəyə salmaq istədilər. Biz NATO müttəfiqiyik, onların da cənub sərhədlərini qoruyuruq. Amma mənim NATO müttəfiqim olan ABŞ "Mən PKK-çılardan ibarət təhlükəsizlik dəhlizi yaradacağam" dedi. Yarada bildimi? Yarada bilmədi. Yaratmaq istədiyi dəhlizi Türkiyə darmadağın etdi. Afrində hinlərinə girdik. Bütün bunlar bu millətin dəstəyi ilə 18 saat çalışaraq oldu. SİHA, PUA, "Altay" tanklarını, ATAK helikopterini hazırlayaraq oldu", - deyə sözçü bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31