Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi həlak olub
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Fransanın xarici işlər naziri Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
27 May 2018 16:44 DünyaSuriyada terrorçuların açdığı atəş nəticəsində 4 Rusiya hərbçisi ölüb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında Deyr əz-Zor əyalətində baş verib. Bir neçə terrorçu qrupu günün qaranlıq saatlarında hökumət qoşunlarının artilleriya batareyasına hücum edib. Batareyanın atəşinə nəzarət edən iki Rusiya hərbi məsləhətçisi yerində ölüb. Digər beş rus hərbçisi yaralanıb və dərhal Rusiyanın hərbi xəstəxanasına aparılıb. Daha 2 hərbçi isə orada keçinib.
Döyüş nəticəsində 43 terrorçu öldürülüb, onların üzərində iriçaplı silahlar quraşdırılmış 6 avtomobili məhv edilib.
Report