Putin-Makron görüşü: Quldur imkan vermədi…
Rusiya Prezidenti Vladimir Putin və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin Fransa Prezidenti Emmanuel Makronun Avropa ilə bağlı sözlərinə zarafatla qarşılıq veriblər. Mübahisəli vəziyyət “Biznes-dialoq Rusiya-Fransa” panel müzakirəsi zamanı Makronun Avropa ərazisinin Atlantikdən Urala qədər uzandığını deməsilə başlayıb.
25 May 2018 19:11 DünyaRusiya Prezidenti Vladimir Putin və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin Fransa Prezidenti Emmanuel Makronun Avropa ilə bağlı sözlərinə zarafatla qarşılıq veriblər.
Mübahisəli vəziyyət "Biznes-dialoq Rusiya-Fransa" panel müzakirəsi zamanı Makronun Avropa ərazisinin Atlantikdən Urala qədər uzandığını deməsilə başlayıb.
Müzakirənin moderatoru Şoxin fransız liderin sözlərinə düzəliş edib.
"Bilmirəm, ola bilər tərcümənin qeyri-dəqiqliyindəndir, ancaq cənab prezident, bizdə Avropa Lissabondan Vladivostoka qədərdir", - Şoxin bildirib. Onun bu sözləri zalda gülüşə səbəb olub.
"Quldur imkan vermədi bunu mən deyim. Mən də bunlarla başlamaq istəyirdim elə, məndən oğurladı", - Şoxinə Putin zarafatla cavab verib. Axar.az