Sevgilisindən ayrılan Sinan Hadisəyə söz atdı
Müğənni Sinan Akçıl siması olduğu bir markanın tanıtım gecəsinə qatılıb. İfaçı tədbirdə jurnalistlərin suallarını da cavablandırıb. "Otilia ilə münasibətiniz digər sevgililəriniz kimi qalmaqallı şəkildə bitmədi. O, avropalı olduğu üçündürmü" sualına Sinan belə cavab verib:
25 May 2018 19:02 DünyaMüğənni Sinan Akçıl siması olduğu bir markanın tanıtım gecəsinə qatılıb.
İfaçı tədbirdə jurnalistlərin suallarını da cavablandırıb. "Otilia ilə münasibətiniz digər sevgililəriniz kimi qalmaqallı şəkildə bitmədi. O, avropalı olduğu üçündürmü" sualına Sinan belə cavab verib:
"Keçmiş sevgililərim arasında da avropalılar olub. Buradakı ən böyük avantajım baldızlarımın olmamasıdır".
Akçılın bu açıqlaması bir vaxtlar eşq yaşadığı müğənni Hadisə və bacılarına söz atmış kimi başa düşülüb. Belə ki, 2010-cu ildə Hadisə ilə sevgili olan Sinan ondan qalmaqallı şəkildə ayrılmışdı. Buna səbəb isə Hadisənin böyük bacısı Açıkgözün Akçılla yola getməməsi, tez-tez ona söz atması olmuşdu.

Axşam.az