Rusiya Türkiyə pomidorları ilə bağlı sərt danışdı: "Pozuntular var"
Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidməti Türkiyədən pomidor tədarükçüləri tərəfindən fitosanitar normaların pozulduğunu aşkar edib. Bu barədə Xidmətin bəyanatında deyilir.
25 May 2018 18:08 DünyaRusiyanın Baytarlıq Nəzarəti Federal Xidməti Türkiyədən pomidor tədarükçüləri tərəfindən fitosanitar normaların pozulduğunu aşkar edib.
Bu barədə Xidmətin bəyanatında deyilir.
Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.
Rusiya Baytarlıq Nəzarəti Federal Xidməti bu məsələ ilə bağlı Türkiyə Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılmasını zəruri hesab ediir.
Trend