Məşhur kəşfiyyat xidmətindən maraqlı addım: TV-də iş elanı verdilər

İngiltərə xarici kəşfiyyat servisi "MI6" "Channel 4" kanalında iş elanı yayımlayıb.

İngiltərə xarici kəşfiyyat servisi "MI6" "Channel 4" kanalında iş elanı yayımlayıb.

Elanda akvariumdakı köpəkbalığını görən uşaq qorxur və anası övladını qucaqlayaraq onu sakitləşdirir, sonda "Biz də sizin kimiyik" fikri səslənir və işə müraciət üçün internet saytı göstərilir.

Təşkilat qadın və cinsi azlıqların müraciətlərinə xüsusilə əhəmiyyət verdiyini açıqlayıb. "Kəşfiyyat işçisi" vakansiyası üçün illik maaş 35-37 min funt müəyyənləşdirilib.

2016-cı ilin məlumatına görə, təşkilatda idarəçilərin 24,1%-ni, digər vəzifələrdə qərarlaşanların isə 37,8%-ni qadınlar təşkil edir.

Qeyd edək ki, "MI6" daha əvvəl də oxşar iş elanları yayımlamışdı, lakin ilk dəfədir ki, bunu televiziya vasitəsilə edir.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31