Avropa İttifaqı iki ada dövlətini offşorların "qara siyahı"sından çıxarıb

Avropa İttifaqı iki ada dövlətini - Baham adaları və Sent-Kits və Nevisi maliyyə şəffaflığının təmin edilməsi və vergi cinayətlərinə qarşı mübarizə üçün lazımi tədbirlər görməyən offşorların "qara siyahı"sından çıxarıb.

Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis bu barədə qərarın bu gün Aİ-nin İqtisadiyyat və Maliyyə Şurasının iclasında qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, bu dövlətlər "qara siyahı"dan çıxarılsa da, onlara nəzarət azalmayacaq və vergidən yayınma barədə məlumat mübadiləsi sahəsində öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə onlar yenidən "qara siyahı"ya salınacaqlar.

Qeyd edək ki, bu addımdan sonra Aİ-nin "qara siyahı"sında yeddi dövlət və ərazi qalıb. Bunlar Amerika Samoası, Quam, Namibiya, Palau, Samoa, Trinidad və Tobaqo, ABŞ Vircin adalarıdır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31