"Samsung" 539 milyon dollar təzminat ödəyəcək
ABŞ məhkəməsi beşgünlük müzakirələrdən sonra elan edib ki, “Samsung Electronics Co Ltd” smartfonun patentləşdirilmiş funksiyalarının surətinin çıxarılmasına görə “Apple Inc” şirkətinə 539 milyon dollar ödəməlidir.
25 May 2018 16:35 DünyaABŞ məhkəməsi beşgünlük müzakirələrdən sonra elan edib ki, "Samsung Electronics Co Ltd" smartfonun patentləşdirilmiş funksiyalarının surətinin çıxarılmasına görə "Apple Inc" şirkətinə 539 milyon dollar ödəməlidir.
Olaylar.az Haberler`ə istinadən bildirir ki, "Samsung" şirkəti nəzərdən keçirilən patentlərin bəzilərinin pozulmasına görə daha əvvəl "Apple" şirkətinə 399 milyon dollar kompensasiya ödəyib. Həmin məbləğin ödənilməsi nəzərə alınsa və apellyasiyadan sonra qərar qüvvədə qalsa, "Samsung" "Apple" şirkətinə əlavə təqribən 140 milyon dollar ödəməlidir.