“Bunsuz heç bir sülh müqaviləsi olmayacaq” - Müsəlman dünyasını ŞOKA SALACAQ ŞƏRT

İsrail Qüdsün bölünməsini mümkün hesab etmir, bu ideya reallıqdan uzaqdır. Bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə nazir Zeyev Yelkin bildirib.

İsrail Qüdsün bölünməsini mümkün hesab etmir, bu ideya reallıqdan uzaqdır.

Bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə nazir Zeyev Yelkin bildirib.

"Mən də daxil olmaqla, hökumətin mövqeyi birmənalıdır: biz Qüdsün bölünməsi perspektivlərini görmürük. İdeoloji nöqteyi-nəzərdən, Qüds həmişə yəhudi dövlət paytaxtı olub. Bu şəhəri bu gün artıq bölmək mümkün deyil", - nazir deyib.

O vurğulayıb ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması olmadan heç bir sülh müqaviləsi olmayacaq".

Xatırldaq ki, Fələstinin yəhudi və ərəb dövlətləri arasında bölünməsinə dair BMT-nin 1947-ci il tarixli planına əsasən, Qüdsə xüsusi status verilib, o, beynəlxalq suverenlik və nəzarətə alınıb. Müqəddəs şəhərin qərb yarısı 1948-ci ilin Ərəb-İsrail müharibəsində ələ keçirilib. İsrail Şərqi Qüdsü 1967-ci ildə - Suriya, Misir və İordaniya ilə müharibə əsnasında işğal edib. İsrailin Şərqi Qüdsü işğal etməsi de-fakto bütün şəhəri İsrailin nəzarəti altına salıb. İsrailin yurisdiksiyası və Qüdsün onun mülkiyyəti olması beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində səylərin əsas nöqtələrdən biridir.

İsrail 1980-ci ildə "Qüds Qanunu"nu qəbul edib, "Qüdsün İsrailin birləşdirilmiş və vahid paytaxtı" olduğunu bildirərək Şərqi Qüdsün ilhaqını rəsmiləşdirib.

Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, bu qanunu etibarsız sayıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31