"ABŞ İrəvanda istəyinə çatmadı"- KLİNTSEVİÇ

ABŞ-ın hədəfi idarəolunan xaos yaratmaqdır.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Rusiya Federasiya Şurasının senatoru Frans Klintseviç deyib. Onun sözlərinə görə, ABŞ-ın məqsədi bunun köməkliyi ilə Rusiyadakı situasiyanı destabilizasiya etmək, burada alınmayacağı halda isə digər ölkələri hədəf seçməkdir:

"Bu metodika artıq amerikalılar tərəfindən fərqli ölkələrdə fərqli texnologiyalarla sınaqdan keçirilib. Ukrayna və Gürcüstanda istəklərinə çatdılar, amma Ermənistanda istədikləri ssenarini gerçəkləşdirə bilmədilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31