"Əzələ göstərmə yarışı"nda oğlan xanım həmkarına MÖHTƏŞƏM evlilik təklif etdi - FOTOLAR
.ABŞ-ın Şimali Karolina ştatında maraqlı hadisə yaşanıb. “Bikini athlet” adlanan əzələ göstərmə yarışında iştirak edən xanım namizəd təəccüblü, bir qədər də sevinli anlar yaşayıb. Ammi Finn adlı gənc xanım həmkarı olan sevgilisi Aleks Pomeroy gəncdən evlilik təklifi alıb. Podyumda xanımların keçidi zamanı Pomeroy səhnəyə qalxıb və sevgilisinin təəccüblü baxışları ilə birlikdə diz çöküb. Bununla da məsələnin mahiyyəti üzə çıxıb.
25 May 2018 13:42 Dünya.ABŞ-ın Şimali Karolina ştatında maraqlı hadisə yaşanıb.
"Bikini athlet" adlanan əzələ göstərmə yarışında iştirak edən xanım namizəd təəccüblü, bir qədər də sevinli anlar yaşayıb. Ammi Finn adlı gənc xanım həmkarı olan sevgilisi Aleks Pomeroy gəncdən evlilik təklifi alıb. Podyumda xanımların keçidi zamanı Pomeroy səhnəyə qalxıb və sevgilisinin təəccüblü baxışları ilə birlikdə diz çöküb. Bununla da məsələnin mahiyyəti üzə çıxıb.
Olay qarşısında təəccüblənən xanım Finn dünya mediyasının gündəminə də düşüb. "Bu günə qədərki ən möhtəşəm günüm" başlıqlı paylaşımlarında o artıq hə dediyini, nişanlı olduğunu, buna inana bilmədiyini, hələ də sevincdən göylərə uçduğunu şərhlərə əlavə edib.
Qeyd edək ki, gənclərin hər ikisi fitnes üzrə professional məşqçilərdir. Fəaliyyətlərini isə fitnes mərkəzlərinin sahibi olaraq davam etdirirlər.
Sizə foto və videoları təqdim edirik:





A24.Az